Qəzza Humanitar Fondu fəaliyyətini dayandırır
ABŞ və İsrail hökumətləri tərəfindən dəstəklənən Qəzza Humanitar Fondu (GHF) fəaliyyətini dayandırıb.
“TV1” xəbər verir ki, bu barədə Fondun mətbuat xidmətinin “X” hesabında məlumat verilib.
“Biz fəaliyyətimizi dayandırarkən, münaqişə zonasında humanitar yardımın nə demək olduğunu dəyişə bilən adaptivlik, yerli əməkdaşlıq və hesabatlılıq kimi prinsiplərin sınaqdan keçirilmiş modelini arxada qoyuruq”, – məlumatda deyilir.
Məlumatına görə, fəaliyyətinin dörd ay yarımı ərzində fond Qəzza sakinlərinə 187 milyon porsiya yemək çatdırıb.








