Qəzza zolağı ilə bağlı Dohada konfrans keçiriləcək
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı atəşkəs razılaşması çərçivəsində Qəzza zolağında fəaliyyət göstərəcək beynəlxalq sabitləşdirmə qüvvələrinin planlaşdırılması məqsədilə 16 dekabr tarixində Dohada konfrans keçirəcək.
“TV1” xəbər verir ki, “Reuters“in məlumatına görə, konfransda 25-dən çox ölkənin nümayəndələrinin iştirakı gözlənilir.








