media-1200x100

Qəzza zolağında 35 hədəfə hücum olub

media-ads_728_90

İsrail Hərbi Hava Qüvvələri son gün ərzində Qəzza zolağı boyu radikalların 35 müxtəlif hədəflərinə zərbələr endirib.

“TV1” xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hücum olunan obyektlər arasında “silahlı terrorçu qrupları”, “terrorçu infrastrukturları” və “partladıcılarla dolu binalar” olub.

“İsrail ordusu Qəzza zolağının cənubunda Rəfah və Xan-Yunis şəhərlərində əməliyyat fəaliyyətini davam etdirir”, – məlumatda deyilir.

media-ads_728_90
Paylaş