Qırğızıstanda parlament seçkiləri keçirilir

media-ads_728_90

Qırğızıstanda Joqorku Keneşə (birpalatalı parlament) növbədənkənar seçkiləri keçirilir. 90 yer uğrunda 460 namizəd mübarizə aparır.

“TV1” xəbər verir ki, seçkilər bu dəfə yeni qaydalar əsasında keçirilir.

İyun ayında Prezident Sadır Japarov parlament üçün majoritar üzvlük sistemini yaradan düzəlişləri təsdiqləyib. Ölkə üzrə otuz seçki dairəsi yaradılıb və hər birindən üç deputat seçiləcək.

Ölkənin Mərkəzi Seçki Komissiyasının avtomatlaşdırılmış informasiya seçki sisteminin açıqladığı məlumata görə, yarım milyondan çox insan artıq səs verib.

Qeyd edək ki, Qırğızıstan parlamentinin deputatları sentyabrın 25-də qanunverici orqanın özünü buraxması barədə yekdilliklə səs veriblər. Prezident Sadır Japarov isə noyabrın 30-da növbədənkənar seçkilərin keçirilməsi haqqında fərman imzalayıb.

media-ads_728_90
Paylaş