Qızılın qiymətində tarixi REKORD
Nyu-York Əmtəə Birjasında (COMEX) qızılın fevral tədarükləri üzrə fyuçers qiyməti tarixi maksimumunu yeniləyib.
“TV1” xəbər verir ki, son məlumatlara görə, bu qiymətli metalın bir unsiyasının bazar qiyməti 4450 ABŞ dollarını ötüb.
10:55-ə (Bakı vaxtı ilə) olan göstəricilərə əsasən, qızılın qiyməti 1,46% bahalaşıb və troy unsiyasının qiyməti 4451,3 ABŞ dolları təşkil edib.








