“Qobu Park”ın binalarının pis vəziyyətdə olması ilə bağlı iddialara CAVAB

media-ads_728_90

“Qobu Park 1–2” yaşayış massivində məcburi köçkünlər üçün inşa edilmiş binaların pis vəziyyətdə olması ilə bağlı iddialar yayılıb.

“TV1” xəbər verir ki, məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi açıqlama yayıb.

Bildirilib ki, bundan öncə də, oxşar hadisə zamanı podratçı şirkət və aidiyyəti qurum tərəfindən aparılan texniki baxış və mühəndis yoxlamaları nəticəsində binaların möhkəmliyi və təhlükəsizliyi ilə əlaqədar heç bir problem qeydə alınmayıb:

“Kompleksin texniki durumu daimi olaraq podratçı tərəfindən nəzarətdə saxlanılır. Monitorinq prosesi çərçivəsində mütəmadi olaraq qiymətləndirmələr aparılır və ehtiyac yaranarsa, qabaqlayıcı tədbirlər görülür”.

media-ads_728_90
Paylaş