Quterreş: “Netanyahu zənglərimə cavab vermir”
“İsrail Baş naziri Benyamin Netanyahu oktyabrın 7-dən bəri zənglərimi qəbul etməkdən imtina edir”.
“TV1” xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antoniu Quterreş “Reuters“ə müsahibəsində bildirib.
O qeyd edib ki, ötən il HAMAS-ın 7 oktyabr terror hücumundan sonra Baş nazir Benyamin Netanyahu ilə danışmayıb, çünki Netanyahu onun zənglərinə cavab vermir və BMT-ni İsrail əleyhinə olmaqda ittiham edir.
“Mən onunla danışmamışam, çünki o, telefon zənglərimə cavab vermir, lakin onunla danışmamaq üçün heç bir səbəbim yoxdur”, – deyə A.Quterreş vurğulayıb.