Rəfah keçid məntəqəsi yaxın günlərdə açılacaq

media-ads_728_90

İsrail təhlükəsizlik qurumları Rəfah keçid məntəqəsinin yenidən açılması üçün hazırlıqları başa çatdırıb. Növbəti bir neçə gün ərzində məntəqənin yenidən açılması gözlənilir.

“TV1” xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” telekanalı İsrail Ordusunun radiosuna istinadla məlumat yayıb

Qeyd olunur ki, təxminən iki ildən sonra ilk dəfə olaraq keçid Qəzza zolağına insanların hərəkəti üçün açıq olacaq.

Qəzza zolağına daxil olmaq və ya çıxmaq istəyən hər kəsdən Misir icazəsi almaları tələb olunacaq və Misir təhlükəsizlik yoxlaması üçün adları İsrail Təhlükəsizlik Agentliyinə göndərəcək.

Qəzzaya giriş daha ciddi şəkildə nəzarət altına alınacaq və İsrail yoxlamalarına tabe olacaq. Keçiddən daxil olan hər kəs metal detektorları və yoxlama cihazları ilə təchiz olunmuş İsrail ordusunun yoxlama məntəqəsinə gələcək. Onlar üz tanıma da daxil olmaqla, fərdi olaraq yoxlanılacaq və həmin yoxlama məntəqəsindən keçənə qədər sarı xəttdən HƏMAS-ın nəzarətindəki ərazilərə daxil olmağa icazə verilməyəcək.

media-ads_728_90
Paylaş