Robert Köçəryan və oğlu saxlanılıb
Ermənistanın ikinci prezidenti Robert Köçəryan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb.
“TV1” bu barədə “Sputnik Ermənistan”a “Ermənistan” blokunun deputatı Aqnessa Xamoyan məlumat verib.
Vergi xidməti Köçəryanlar ailəsinə məxsus “Toyota” salonunu möhürləyib. Həmçinin “Oranj fitnes” idman kompleksində istintaq hərəkətləri həyata keçirilir.
Səhər saatlarından etibarən Robert Köçəryanın oğlu Levonun evində axtarışlar aparılır. Cinayət işinin icraatı çərçivəsində onlarla ünvanda axtarışlar və digər prosessual hərəkətlər həyata keçirilir.
Qeyd edək ki, “Aysor”un Ermənistanın Antikorrupsiya Komitəsinə istinadən yaydığı məlumata görə, Ermənistanın sabiq prezidenti Robert Köçəryan və onun oğlu Sedrak Köçəryan saxlanılıb.
Bildirilir ki, Ermənistanın Antikorrupsiya Komitəsinin korrupsiya cinayətləri üzrə apardığı təhqiqat çərçivəsində onlarla ünvanda axtarışlar və digər prosessual hərəkətlər həyata keçirilib.








