“Əmir Teymur” filmi Laçın Beynəlxalq Film Festivalında nümayiş etdiriləcək
Bu gün işə başlayan Laçın Beynəlxalq Film Festivalında Özbəkistanda istehsal olunan “Əmir Teymur” filmi də nümayiş etdiriləcək.
“TV1” xəbər verir ki, Azərbaycan dilinə dublyaj edilmiş film avqustun 26-da “LaCinema” kinoteatrında təqdim olunacaq.
Bu, ekran əsərinin Qarabağ və Şərqi Zəngəzurda ilk nümayişidir.
Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzurun ilk beynəlxalq film festivalı – Laçın Beynəlxalq Film Festivalı avqustun 27-dək davam edəcək. Festival çərçivəsində dünyanın müxtəlif ölkələrindən seçilmiş filmlər nümayiş etdiriləcək, yerli və beynəlxalq kino mütəxəssislərinin iştirakı ilə panel müzakirələri və digər tədbirlər keçiriləcək.
Filmlərin əsas nümayişləri 24–26 avqust tarixlərində Laçının kino məkanı olan “LaCinema” kinoteatrında keçiriləcək. Proqrama Azərbaycanla yanaşı, Almaniya, Polşa, Özbəkistan, İspaniya, Türkiyə, İndoneziya, Moldova, Yunanıstan, Serbiya, Ukrayna, Hindistan və digər ölkələrin filmləri daxil edilib.








