Rusiya-ABŞ-Ukrayna danışıqlarının yeni raundu keçiriləcək - Bu tarixdə
Rusiya, ABŞ və Ukrayna arasında danışıqların yeni raundu fevralın 17-18-də Cenevrədə keçiriləcək.
“TV1” xəbər verir ki, bu barədə ölkə liderinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Danışıqların növbəti raundu fevralın 17-18-də Cenevrədə Rusiya-ABŞ-Ukrayna üçtərəfli formatında keçiriləcək”, – deyə Kremlin nümayəndəsi bildirib.
O bildirib ki, Rusiya nümayəndə heyətinə prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək.








