media-1200x100

Rusiya “Crocus” terrorunun araşdırılması üçün üç ölkəyə müraciət edib

media-ads_728_90

“Crocus City Hall” konsert zalında törədilən terror aktının araşdırılması üçün Rusiya üç ölkənin hüquq-mühafizə orqanlarından kömək istəyib.

“TV1” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Üç xarici dövlətin səlahiyyətli orqanlarına hüquqi yardım göstərilməsi ilə bağlı 8 sorğu göndərilib, cinayətin bütün hallarının müəyyən edilməsi istiqamətində digər istintaq və prosessual addımlar həyata keçirilib”, – deyə məlumatda bildirilir.

Qeyd olunur ki, iş üzrə 1,7 mindən çox şəxs zərərçəkmiş kimi tanınaraq dindirilib, 800-dən çox şəxs isə şahid qismində dindirilib. 20-dən çox axtarış aparılıb, hadisə yerinə 65-dən çox baxış keçirilib, 650-dən çox müxtəlif məhkəmə-tibbi ekspertiza təyin edilib.

media-ads_728_90
Paylaş