Rusiya ilə birgə Türkiyə və Azərbaycana gedən dəmir yollarını bərpa etməyə ümid edirik - Davit Xudatyan

media-ads_728_90

Ermənistan Rusiya ilə birgə Türkiyə və Azərbaycana gedən dəmir yollarını bərpa etməyə ümid edir.

“TV1” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə ərazi idarəçiliyi və infrastruktur naziri Davit Xudatyan mətbuat konfransında bildirib.

O bildirib ki, Ermənistan İcevan və Axurik istiqamətlərində dəmir yollarında aparılacaq işlərlə bağlı Rusiyayla danışıqları davam etdirir:

“Qeyd olunan ərazilərdə bərpa işləri Rusiya tərəfinin birbaşa iştirakı ilə birgə həyata keçiriləcək”.

media-ads_728_90
Paylaş