media-1200x100

Rusiya Prezidenti Bakıda keçiriləcək COP29-a gələ bilər

media-ads_728_90

“Rusiya Prezidenti Vladimir Putin və ya RF Hökumətinin başçısı Mixail Mişustin Bakıda keçiriləcək BMT-nin COP29 iqlim konfransına gələ bilər”.

“TV1” xəbər verir ki, bu barədə TASS agentliyinə RF Prezidentinin köməkçisi, Rusiyanın dövlət başçısının iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyev bildirib.

O deyib: “Mən Prezidentin Fərmanına əsasən, Rusiya nümayəndə heyətinə başçılıq edirəm. Amma bu il ümid edirik ki, Prezident və ya Hökumətin başçısı gələcək. Azərbaycan strateji cəhətdən mühüm müttəfiqdir və əlbəttə, istərdim ki, status yüksək olsun. Açılış mərasimində Prezident, yaxud Hökumətin sədri olsun, sonra isə mən danışıqların əsas hissəsini məntiqi sona qədər davam etdirəcəyəm”.

media-ads_728_90
Paylaş