media-1200x100

Rusiya Prezidenti Cənubi Koreya kimi güclü rəqiblə üz-üzə qala bilər

media-ads_728_90

Bu gün Rusiyanın Seuldakı səfiri Cənubi Koreyanın Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

“TV1” Pyenxap Agentliyinə istinadən xəbər verir ki, Cənubi Koreyanın XİN-i rusiyalı diplomata Şimali Koreya hərbçilərinin Ukrayna müharibəsinə göndərilməsinə etirazını bildirib.

Agentlik qeyd edir ki, Şimali Koreya hərbçilərinin Ukrayna müharibəsinə cəlb olunması Rusiya prezidenti Vladimir Putinin səhvi ola bilər. Və nəticədə Rusiya lideri Cənubi Koreya kimi güclü rəqiblə üz-üzə qala bilər.

Qeyd edək ki, Cənubi Koreya dünyanın ən güclü ordularından birinə – 3,6 milyon hərbçiyə (500 000 aktiv, 3,1 milyon ehtiyat) sahibdir. Bu ölkənin hərbi sənayesi sürətlə inkişaf edir və silahları NATO standartlarına cavab verir. Cənubi Koreyanın hərbi sənaye kompleksi 2027-ci ildə silah satışı üzrə dünyanın dördüncüsü olmağı (ABŞ, Rusiya və Fransadan sonra) qarşısına məqsəd qoyub.

Hərbi ekspertlərin qənaətinə görə, əgər Cənubi Koreya Ukraynanı silahla təmin etməkdə qərarldıırsa, bu, Rusiya-Ukrayna müharibəsinin gedişinə təsir edə bilər.

Xatırladaq ki, bir müddət əvvəl Cənubi Koreyanın müdafiə naziri Kim Yen Hyen çıxışında bildirmişdi ki, Rusiya ordusuna dəstək məqsədi ilə Şimali Koreya öz hərbçilərini Ukraynada gedən döyüşlərə göndərə bilər. Rusiya ilə Şimali Koreya arasında qarşılıqlı hərbi yardım haqqında müqavilənin imzalandığını əsas gətirən Cənubi Koreya rəsmisi belə bir ehtimalın yüksək olduğunu bildirmişdi.

media-ads_728_90
Paylaş