Həyəcan siqnalı verən Rusiya təyyarəsi Çinin hava limanında GÖZLƏMƏ ZONASINDA
Həyəcan siqnalı verən “Azur Air” aviaşirkətinə məxsus Boeing 757 təyyarəsi Çinin Lançjou hava limanında gözləmə zonasındadır.
“TV1” TASS-a istinadən xəbər verir ki, göyərtəsində 238 sərnişin olan təyyarə dörd saat əvvəl Tailanddan havaya qalxıb.
Aviaşirkətin mətbuat xidmətindən verilən məlumata görə, ZF-2998 reysi Lançjou hava limanında planlaşdırılmamış enişə hazırlaşır.
Şirkətin müvafiq xidmətləri vəziyyəti nəzarətdə saxlayır.








