media-1200x100

Rusiyada dəmir yolunda partlayış olub – Qatar relsdən çıxıb

media-ads_728_90

Ötən axşam Rusiyanın Belqorod vilayətində dəmir yolu üzərindəki partlayıcı qurğunun işə düşməsi nəticəsində yük qatarı relsdən çıxıb.

“TV1” xəbər verir ki, “Bataysk – Starıy Oskol” marşrutu üzrə hərəkət edən qatarda baş verən hadisə zamanı 10 vaqon yararsız hala düşüb.

Əraziyə minaaxtaranlar və polis cəlb edilib. İlkin xəbərə görə, xəsarət alan olmayıb.

Faktla bağlı Rusiyanın İstintaq Komitəsində cinayət işi qaldırılıb.

media-ads_728_90
Paylaş