Rusiyada güclü zəlzələ olub
Rusiyanın Kamçatka bölgəsində güclü zəlzələ olub.
“TV1” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.
6,4 bal gücündə zəlzələnin Kamçatka sahillərində qeydə alındığı bildirilir. Bölgənin mərkəzi şəhəri sayılan Petrpavlovsk-Kamçatskda zəlzələ 4 bal gücündə hiss olunub.
Dağıntılar və zərərçəkənlər barədə məlumat yoxdur.








