Rusiyada helikopter qəzaya uğrayıb – 3 nəfər ölüb
Rusiyanın Amur vilayətində göyərtəsində 3 nəfərin olduğu “Robinson R66” markalı helikopter qəzaya uğrayıb.
“TV1” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Axtarışlar nəticəsində helikopterin qəzaya uğradığı yer aşkarlanıb.
Göyərtədə olan pilot və iki sərnişin həlak olub.