Rusiyada hərbi polisin binası uçdu - 2 ölü
Rusiyanın Leninqrad vilayətində hərbi polisin binası uçub.
“TV1” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı vilayətin qubernatoru Aleksandr Drozdenko açıqlayıb.
O bildirib ki, hazırda hadisənin səbəbləri araşdırılır.
Rusiyanın teleqram kanallarında isə insident zamanı 2 nəfərin həlak olduğu barədə məlumat yayılıb. 4 nəfərin isə dağıntılar altında qaldığı ehtimal edilir.








