Rusiyada məktəbə silahlı hücum - Ölən və yaralananlar var
Rusiyanın Moskva vilayətinin Qorki-2 qəsəbəsində elit məktəblərdən birinə silahlı hücum olub.
“TV1” TASS-a istinadən xəbər verir ki, hücumu həyata keçirən şəxs 15 yaşlı məktəblidir.
O, soyuq silahla məktəbin mühafizəçisi və iki şagirdə xəsarətlər yetirib.
Zərərçəkənlərdən biri – dördüncü sinif şagirdinin aldığı ölümcül yaradan dünyasını dəyişdiyi bildirilir.
İnsident vaxtı 100-ə yaxın şagird təhlükəsizlik məqsədilə idman zalına təxliyə olunub.
Hücumu həyata keçirən şəxs polis tərəfindən saxlanılıb.








