Rusiyada sərnişin qatarı relsdən çıxıb - 100-ə yaxın YARALI
Volqoqrad vilayətində sərnişin qatarı “KamAZ” markalı yük maşını ilə toqquşduqdan sonra relsdən çıxıb.
“TV1” xəbər verir ki, bu barədə Rusiya Dəmir Yolları özünün “Telegram” kanalında məlumat yayıb .
Məlumata görə, sərnişin qatarının 8 vaqonunun relsdən çıxması nəticəsində 100-ə yaxın insan xəsarət alıb. Onlardan 6-nın uşaq olduğu bildirilib.
Qeyd olunur ki, qəza yerində qatarların hərəkəti dayandırılıb.