Sabah 20 dərəcə isti olacaq

media-ads_728_90

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin. Şimal-qərb küləyi əsəcək.

“TV1” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Havanın temperaturu gecə 9-12° isti, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 67-70 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin günün birinci yarısında bəzi şərq rayonlarda çiskinli yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-9° isti, gündüz 16-20° isti, dağlarda gecə 1-6° isti, gündüz 12-17° isti olacaq.

media-ads_728_90
Paylaş