Sabah Bakıya sulu qar yağacaq

media-ads_728_90

Yanvarın 14-də gözlənilən hava şəraiti açıqlanıb.

“TV1” xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

Bəzi yerlərdə intensivləşəcəyi, ayrı-ayrı yerlərdə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə və gündüz 1 dərədəcən 4 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-85 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə -1 dərəcədən -4 dərəcəyədək, gündüz 5 dərəcədən 9 dərəcəyədək, dağlarda gecə -3 dərəcədən -8 dərəcəyədək, gündüz 0 dərəcədən -3 dərəcəyədək olacaq.

Gülşad Məmmədova – Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru

media-gulsad-memmmedova

media-ads_728_90
Paylaş