Zəngilanın Ağalı, Xocalının Şuşakənd və Xanyurdu kəndlərinə növbəti köç karvanı yola salınır
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” davam etdirilir. Zəngilan rayonunun Ağalı, Xocalı rayonunun Şuşakənd və Xanyurdu kəndlərinə köç karvanı yola salınır.
“TV1” xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatında qeyd edilib.
Bu mərhələdə cəmi – 72 ailə (199 nəfər); Zəngilan rayonunun Ağalı kəndinə, cəmi – 41 ailə (110 nəfər), Xocalı rayonunun Şuşakənd kəndinə, cəmi – 19 ailə (55 nəfər), Xocalı rayonunun Xanyurdu kəndinə, cəmi – 12 ailə (34 nəfər) köçürülür.
Köç karvanını ailələr məskunlaşdıqları ərazidən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və aidiyyəti Rayon İcra Hakimiyyətlərin nümayəndələri tərəfindən yola salınır, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin əməkdaşları tərəfindən qarşılanacaq və onların yaşayış sahələrində yerləşdirilməsi ilə bağlı zəruri tədbirlər görüləcəkdir.
Beləliklə, cari il 14 noyabr köç karvanını da nəzərə alınmaqla Zəngilan rayonunun Ağalı kəndinə cəmi 226 ailə (1008 nəfər), Xocalı rayonunun Şuşakənd kəndinə cəmi 61 ailə (230 nəfər), Xanyurdu kəndinə isə cəmi 99 ailə (340 nəfər) köçürülmüş olacaqdır.








