Sabahın havası - Külək güclənəcək
Azərbaycanda yanvarın 12-də gözlənilən hava şəraiti açıqlanıb.
“TV1” xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Arabir güclənən cənub-qərb küləyi axşama doğru mülayimləşəcək.
Havanın temperaturu gecə 4-7, gündüz 13-18 dərəcə isti olacaq. Atmosfer təzyiqi 757 millimetr civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75, gündüz 45-50 faiz olacaq.
Azərbaycanın rayonlarında da hava şəraiti əsasən yağmursuz olacaq. Bəzi yerlərdə arabir duman müşahidə ediləcək. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 0-5, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 11-16 dərəcə isti olacaq.







