“Şahdəniz” yatağından hasil olunan qaz və kondensatın HƏCMİ
“Şahdəniz” qaz-kondensat yatağından hasilata başlanılmasından indiyədək burada 263,2 mlrd.kubmetr qaz hasil edilib.
“TV1” xəbər verir ki, Energetika Nazirliyindən verilən məlumata görə, hesabat dövründə yataqdan 52,3 mln. ton kondensat hasil edilib.
““Şahdəniz” qaz-kondensat yatağından hasilata başlanılmasından 19 il ötür. “Şahdəniz” Mərhələ 1”in uğurla fəaliyyətə başlaması Azərbaycan qazının dünya bazarlarına çıxışında yeni qapılar açaraq ölkəmizin enerji təhlükəsizliyni möhkəmləndirib, iqtisadi inkişafı yeni mərhələyə yüksəldib”, – deyə məlumatda qeyd olunur.








