Sahibə Qafarova Özbəkistana işgüzar səfərə gedib

media-ads_728_90

Milli Məclisin Sədri Sahibə Qafarovanın rəhbərliyi ilə Azərbaycan parlament nümayəndə heyəti İkinci Asiya Qadınlar Forumunda iştirak etmək məqsədilə Özbəkistan Respublikasına səfərə gedib.

“TV1” xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatında bildirilir.

Qeyd olunur ki, Buxara şəhərinin beynəlxalq hava limanında spiker Sahibə Qafarovanı Özbəkistan Ali Məclisi Senatının üzvü Gülnara Marufova, Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev və digər rəsmi şəxslər qarşılayıblar.

Qeyd edilib ki, səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarovanın İkinci Asiya Qadınlar Forumunun rəsmi açılış mərasimində çıxışı, həmçinin bir sıra ikitərəfli görüşləri nəzərdə tutulur.

media-ads_728_90
Paylaş