media-1200x100-50faiz

Şəffaflıq iqlim dəyişmələrinin yarada biləcəyi problemlərin dərk olunmasına kömək edir

media-ads_728_90

“Şəffaflıq bizə iqlim dəyişmələrinin yarada biləcəyi problemləri dərk etməyə kömək ola bilər. Həmçinin gənclərin iqlim proseslərində iştirak etməsi üçün imkan yaradır”.

 “TV1”-ə xəbər verir ki, bunu Pre-COP29 konfransı çərçivəsində keçirilən “Ümumdünya iqlim şəffaflığına qlobal dəstəyi gücləndirmək” mövzusunda yan tədbirdə COP29-un Azərbaycan üzrə gənclər iqlim çempionu Leyla Həsənova deyib.

O qeyd edib ki, şəffaflıq qarşılıqlı etimadın və məsuliyyətin təməl daşıdır: “Gənclər iqlim çempionu olaraq mənim əsas fəaliyyətim iqlim prosesi çərçivəsində uşaqların və gənclərin səslərini çatdırmaqdır.

İkiillik şəffaflıq hesabatları iqlim proseslərini izləməkdə, etimad qurmaqda, eləcə də maliyyə dəstəyinin və əlavə tədbirlərin görülməsinin ehtiyac duyulduğu sahələrin müəyyən olunmasında kömək edəcək”.

media-ads_728_90
Paylaş