media-1200x100

Səkkiz ayda Azərbaycanda 68 mindən çox körpə doğulub

media-ads_728_90

Bu ilin yanvar-avqust ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 68 min 129 körpə qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə həmin göstərici azalaraq 11,2-dən 10-a düşüb.

“TV1” xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, doğulan uşaqlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2, qız uşaqlarının xüsusi çəkisi isə 46,8 faiz olub.

Körpələrdən 2252-si əkiz, 96-sı üçəm, 4-ü isə dördəm doğulub.

Cari ilin səkkiz ayında ölkədə 39 min 684 ölüm halı qeydə alınıb və 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə həmin göstərici azalaraq 6-dan 5,8-ə enib.

media-ads_728_90
Paylaş