media-1200x100

Şimali Avropanı gözləyən böyük TƏHLÜKƏ

media-ads_728_90

Dünyanın aparıcı klimatoloq (iqlimşünas) alimləri Şimali Avropa dövlətlərinin liderlərinə açıq məktubla müraciət ediblər.

“TV1” xəbər verir ki, RBK-nın yaydığı məlumata əsasən, Atlantik okeanında su axını cərəyanlarının dəyişməsi və sürətinin azalması böyük fəlakətlərə səbəb ola bilər.

İsti axınların azalması ilk növbədə Arktik ərazidəki insanlar üçün təhlükə yaradacaq. Nəticədə ekstremal hava şəraiti formalaşacaq ki, bu da qlobal istiləşmənin nəticəsidir.

Böyük ehtimalla yeni iqlim şəraiti ortaya çıxacaq. Bu isə təbii fəlakətlərin sayının artmasına və əsasən də Şimali Avropada torpaq qatının okean sularına qərq olmasına gətirəcək.

Alimlərin qənaətinə görə, Yer kürəsində temperaturun artması tendensiyası stabil olacaq. Bu isə zəncirvari şəkildə digər fəlakətlərə yol aça bilər.

media-ads_728_90
Paylaş