Simonyan: “Bakı ilə razılaşdıq…”
“Azərbaycan və Ermənistan sülh sazişi üzrə 16 bənd üzrə tam razılığa gəlib”.
“TV1” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin spikeri Alen Simonyan Parlamentlərarası İttifaqın 149-cu Assambleyasının ümumi müzakirələrində çıxışında deyib.
O bildirib ki, sülh prosesi bir neçə ay əvvəl başlayıb.
“Azərbaycan beynəlxalq səviyyədə tanınmış 5 bənd üzrə razılaşmamızı istəyirdi, mən şadam ki, bu gün biz 16 bənd üzrə tam razılığa gəldik. Sülh bərqərar etməyin vaxtı gəldi. Sülh vaxtıdır”, – deyə Simonyan bildirib.