Gökhan Güler: "Azərbaycan Prezidenti İlham Əliyevin qardaş dəstəyi bizim üçün çox önəmlidir" - ÖZƏL/FOTO

media-ads_728_90

“Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib”.

Bunu “TV1”-ə özəl açıqlamasında ŞKTC Prezidenti Ersin Tatarın xüsusi məsləhətçisi Gökhan Güler deyib.

G.Güler bildirib ki, ötən gün Lefkoşada açılış mərasimi keçirilən “Teknofest” festivalında çıxış edən Prezident Ersin Tatar Azərbaycan Prezidenti İlham Əliyevə göstərdiyi dəstəyə görə, təşəkkürlərini ifadə edib.

Xüsusi məsləhətçi G.Güler qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin qardaş dəstəyi bizim üçün çox önəmlidir:

“Biz Azərbaycan xalqının qardaş dəstəyini hər zaman görürük və bu bizim üçün mühüm amillərdəndir”.

Mətanət Əliyeva

 

 

 

media-ads_728_90
Paylaş