Slovakiya Milli Şurasının sədri Zəfər parkını ziyarət edib
Azərbaycanda səfərdə olan Slovakiya Milli Şurasının sədri Rixard Raşinin başçılıq etdiyi nümayəndə heyəti mayın 13-də Zəfər parkını ziyarət edib.
“TV1” xəbər verir ki, burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Slovakiya Milli Şurasının sədri Zəfər abidəsinin önünə əklil qoyub.
Sonra qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.








