media-1200x100

Slovakiyanın Baş nazirinə növbəti sui-qəsd cəhdi olub

media-ads_728_90

Slovakiyanın Baş naziri Robert Fitsoyaya növbəti sui-qəsd cəhdi olub.

“TV1” xəbər verir ki, bu barədə Slovakiyanın Baş naziri Robert Fitso “Štandard”a müsahibəsində deyib.

O bildirib ki, hadisə bu ay Polşa ilə sərhəddəki Dukla keçidində baş verib.

Burada Karpat-Dukla hərbi əməliyyatının 80 illiyi şərəfinə tədbirlər keçirilib. Ziyarətçilər arasına girən bir şəxsdə tam dolu tapança tapılıb.

Qeyd edək ki, bu ilin mayında Slovakiyanın baş nazirinin həyatına sui-qəsd cəhdi olmuş, Fitso ağır yaralanmışdı.

media-ads_728_90
Paylaş