Slovakiyanın Baş nazirinin təyyarəsi uçuşa yararsız vəziyyətə salındı
Avropa İttifaqı sammitinə gedən Slovakiyanın Baş naziri Robert Fitsonun təyyarəsi Brüssel aeroportunda ciddi şəkildə zədələnib.
“TV1” xəbər verir ki, bu barədə o, öz sosial şəbəkə səhifəsində yazıb.
Hökumət başçısının sözlərinə görə, trap təyyarəyə toxunub. Nəticədə onun texniki vəziyyəti uçuşları davam etdirməyə imkan verməyib:
“Brüsseldə sammit uğurlu başlamadı. Hava limanında panduslu nəqliyyat vasitəsi təyyarəmizə o qədər ziyan vurdu ki, uçuş üçün yararsız hala düşüb. Biz onu burada qoymalıyıq”.








