Solovyova görə Ermənistan Rusiyaya nota verdi
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb.
“TV1” xəbər verir ki, səfirə rusiyalı jurnalist Vladimir Solovyovun bəyanatlarına görə etiraz notası təqdim edilib.
Xatırladaq ki, V.Solovyov efirdə Ermənistanda “xüsusi hərbi əməliyyat”ın aparılmasının mümkünlüyünü bildirib.








