Şri-Lankada daşqınlar nəticəsində ölənlərin sayı 334-ə çatıb - 370 nəfər itkin düşüb

media-ads_728_90

Şri-Lankada kəskin hava şəraiti nəticəsində ölənlərin sayı 334 nəfərə çatıb, 370 nəfər hələ də itkin düşmüş sayılır. Güclü yağışlar, daşqınlar və torpaq sürüşmələri ümumilikdə 309 min 607 ailədən 1 milyon 118 min 929 nəfərə ziyan vurub.

“TV1” xəbər verir ki, bu barədə ölkənin təbii fəlakətlərlə mübarizə mərkəzi məlumat yayıb.

Mərkəzin məlumatına əsasən, Şri-Lanka Təhsil Nazirliyi tabeliyindəki bütün ali təhsil müəssisələrinin və peşə təhsili mərkəzlərinin fəaliyyətini dekabrın 8-dək dayandırdığını elan edib. Bu qərar bir çox yerlərdə nəqliyyatın işinin pozulması, infrastrukturun zədələnməsi və davam edən kəskin hava şəraitinin insan həyatı üçün yaratdığı təhlükələrlə izah olunur.

 

media-ads_728_90
Paylaş