Sudan liderinə sui-qəsd cəhdi olub
Sudanın Suveren Şurasının rəhbəri Əbdül Fəttah əl-Burhana qarşı PUA-dan istifadə edilməklə sui-qəsd cəhdi olub.
“TV1” xəbər verir ki, bu barədə “Bloomberg“ məlumat yayıb.
Bildirilir ki, hadisə şura rəhbərinin Hərbi Məktəbin buraxılış mərasimində iştirakı əsnasında baş verib. Onun vəziyyəti ilə bağlı informasiya hələlik açıqlanmır.
Qeyd edək ki, sözü gedən orqan 2021-ci ilin oktyabrında baş verən dövlət çevrilişindən sonra ölkəni müvəqqəti olaraq idarə etmək məqsədilə keçid hökuməti qismində formalaşdırılıb.