Sudanda İl-76 qəzaya uğrayıb, heyət üzvlərinin hamısı həlak olub

media-ads_728_90

Çərşənbə axşamı Sudanda İl-76 tipli hərbi yük təyyarəsi eniş edərkən qəzaya uğrayıb və heyət üzvlərinin hamısı həlak olub.

“TV1” xəbər verir ki, bu barədə “Agence France-Presse” iki hərbi mənbəyə istinadən məlumat yayıb.

“İl-76 texniki nasazlıqdan sonra Qırmızı dənizdəki Port Sudan şəhərindəki Osman Diqna Hava Bazasına eniş etməyə cəhd etdikdən sonra qəzaya uğrayıb”, – məlumatda deyilir.

Təyyarə barədə heç bir əlavə məlumat verilməyib.

media-ads_728_90
Paylaş