Sumqayıtda dəm qazından zəhərlənən ailə ilə bağlı RƏSMİ AÇIQLAMA
Sumqayıtda dəm qazından zəhərlənən ailənin vəziyyəti məlum olub.
“TV1” xəbər verir ki, Sumqayıt Tibb Mərkəzinin mətbuat katibi Ramil Zeynallı bildirib ki, 05.01.2025-ci il tarixində saat 01:50 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 4 nəfər (kişi cinsli), Uşaq Xəstəxanasına isə 1 nəfər (kişi cinsli) hospitalizasiya olunub.
“Dəm qazının toksiki təsiri diaqnozları təyin edilən şəxslərə zəruri tibbi xidmətlər göstərilib, onlar ambulator müalicə üçün evə buraxılıblar”, – deyə o əlavə edib.
Qeyd edək ki, Sumqayıt şəhər sakinləri 1969-cu il təvəllüdlü Xankişi Təvəkkül oğlu Ocaqov,onun oğlu 1993-cü il təvəllüdlü Murad Xankişi oğlu Ocaqov,1977-ci il təvəllüdlü Ramil Qiyas oğlu Şirinov,onun oğlu 2012-ci il təvəllüdlü Xəyal Ramil oğlu Şirinov və 1989-cu il təvəllüdlü Elvin Zaman oğlu Mirzəyev dəm qazından zəhərləniblər. /trend/