Sumqayıtda xəstəxananın yaxınlığındakı tikilidə yanğın başlayıb
Sumqayıtda tikilidə yanğın başlayıb.
“TV1” xəbər verir ki, hadisə 2 nömrəli Şəhər Xəstəxanasının yaxınlığındakı tikilidə qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri və texnikası cəlb olunub.
Bildirilib ki, hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.