Suriya ordusunda Azərbaycan modeli tətbiq ediləcək

media-ads_728_90

Türkiyə Suriyanın ordusuna Azərbaycan modeli əsasında dəstək verməyə hazırdır.

“TV1” xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Güler brifinqdə bildirib.

O qeyd edib:

“Azərbaycana, Liviyaya və Somaliyə təlim dəstəyini necə təmin etmişiksə, eynisini onlara da verə bilərik. Təlimlərə Türkiyədə başlamışıq və davam etdiririk. Suriyanın terrorla mübarizəsinə yardım etməli olduğumuzu düşünürük və fəaliyyətlərimizi də bu istiqamətdə davam etdiririk”.

media-ads_728_90
Paylaş