Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO
Mayın 14-də Şuşada Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Xarıbülbül” IX Beynəlxalq Musiqi Festivalının açılışı olacaq.
“TV1” xəbər verir ki, bu gün Cıdır düzündə açılış konsertinin məşqləri keçirilib.
Sabah festivala Cıdır düzündə “Mənim Azərbaycanım” rəqs kompozisiyası və görkəmli bəstəkar Cahangir Cahangirovun “Cənnətim Qarabağ” əsəri ilə start veriləcək.
Bu il də “Xarıbülbül”ə yerli incəsənət xadimləri ilə yanaşı, digər ölkələrdən musiqi kollektivləri və solo ifaçılar qatılıb.
Festivala azərbaycanlı ifaçılarla yanaşı, ABŞ, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Türkiyə, Yaponiyadan incəsənət xadimləri dəvət olunub. Festivalda korifey ifaçılar, həmçinin gənc musiqiçilər çıxış edəcək.
Festival mayın 15-də başa çatacaq.








