Tayvanda metroda sərnişinlərə hücum olub - Ölən və yaralananlar var

media-ads_728_90

Naməlum şəxs Taybeydə (Tayvan) iki metro stansiyasında sərnişinlərə hücum edib, üç nəfər ölüb, doqquz nəfər xəsarət alıb.

“TV1” xəbər verir ki, Tayvanın Baş naziri Ço Yunq-tay bildirib ki, hücum edən şəxs tüstü şaşkası və bıçaqdan istifadə edib.

O qeyd edib ki, doqquz nəfər xəsarət alıb, onlardan dördünün vəziyyəti ağırdır.

Cinayətkarın hücumdan sonra özünü yaxınlıqdakı binadan ataraq intihar etdiyi ehtimal olunur.

Polis bu məlumatı təsdiqləyərək araşdırmanın davam etdiyini bildirib.

media-ads_728_90
Paylaş