Tbilisi-Bakursixe-Laqodexi magistralında baş vermiş qəzada 4 nəfər ölüb
Yanvarın 15-də Tbilisi-Bakursixe-Laqodexi beynəlxalq avtomobil magistralında yük maşını və 4 minik avtomobilinin iştirakı ilə qəza baş verib.
“TV1” xəbər verir ki, qəza nəticəsində 4 nəfər ölüb, 1 nəfər yaralanıb.
Toqquşma nəticəsində yük maşını aşaraq avtomobillərin üzərinə düşüb. Məlumatına görə, qəzaya səbəb yük maşını sürücüsünün idarəetməni itirməsi olub.
Hadisə ilə əlaqədar magistralda avtomobillərin hərəkəti müvəqqəti dayandırılıb.