TDT Qızıl Aypara Şəbəkəsinə sədrlik Azərbaycana təhvil verilib

media-ads_728_90

Qırğızıstan Türkdilli Dövlətlərin Təşkilatına (TDT) üzv dövlətlərin Qızıl Aypara Şəbəkəsində sədrlik vəzifəsini Azərbaycana təhvil verdiyini elan edib.

“TV1” xəbər verir ki, bunu bu gün Qırğızıstanın Milli Qızıl Aypara Cəmiyyətinin prezidenti Çingiz Çakipov TDT-nin Qızıl Aypara Şəbəkəsi rəhbərlərinin Bakıda keçirilən iclasında bəyan edib.

Qırğızıstan Milli Cəmiyyətinin rəhbəri sədrlik vəzifəsini Azərbaycanın Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslana təhvil verib.

O, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin zəngin təcrübəsi və güclü rəhbərliyinin Şəbəkəyə yeni nailiyyətlər qazandıracağına əminlik ifadə edib.

“Bugünkü görüş yalnız sədrlik vəzifəsinin təhvil verilməsi anı deyil, həm də qardaşlıq, həmrəylik ruhu və ortaq türkdilli dəyərlərlə idarə olunan məqsədlərə və birliyə olan ümumi sadiqliyimizi təsdiqləmək üçün bir fürsətdir”, – deyə Çakipov qeyd edib.

O əlavə edib ki, TDT üzv dövlətlərin Qızıl Aypara və Qırmızı Xaç cəmiyyətlərinin səyləri birləşdirilmişdir və TDT Baş Katibi Kubanıçbek Ömuralıyevin iştirakı ilə yeni bəyannaməsinin qəbul edilməsi Şəbəkənin gələcək inkişafı üçün vacib bir addım olub.

media-ads_728_90
Paylaş