Tehranda bazarda güclü YANĞIN

media-ads_728_90

İranın Tehran şəhərində Cənnətabad məntəqəsində bazarda güclü yanğın başlayıb.

“TV1” xəbər verir ki, bunu Tehran Yanğınsöndürmə İdarəsinin sözçüsü Calal Məleki yerli mediaya açıqlamasında deyib.

O bildirib ki, yerli vaxtla saat 09:55-də başlayan yanğın 2 min kvadratmetr ərazini əhatəyə alıb.

C.Məleki bildirib ki, yanğının söndürülməsi üçün əraziyə yanğınsöndürən texnika cəlb olunub.

Yanğının səbəbi hələlik məlum deyil.

media-ads_728_90
Paylaş