4-cü və 6-cı siniflər üçün çərçivə sənədi hazırlanıb

media-ads_728_90

Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) iyun ayında keçiriləcək 4-cü sinif şagirdlərinin oxu (tədris dili) və riyaziyyat, 6-cı sinifdə təhsil alan şagirdlərin oxu (tədris dili), riyaziyyat və təbiət fənləri üzrə səriştəəsaslı monitorinqinin çərçivə sənədini təqdim edib.

“TV1” xəbər verir ki, İnstitutun məlumatında bildirilir ki, bu sənəd ARTİ və Avstraliya Təhsil Tədqiqatları Şurasının (ACER) əməkdaşlığı çərçivəsində beynəlxalq ekspertlər qrupunun dəstəyi ilə hazırlanıb.

Çərçivə sənədi qiymətləndirmənin nəyi necə ölçdüyünü müəyyən edən əsas konseptual sənəddir. Bu sənəd qiymətləndirmənin hazırlanması, tətbiqi və nəticələrin hesabatlaşdırılması prosesində vahid yanaşmanı, ardıcıllığı və şəffaflığı təmin edir.

Bu il yenilik olaraq 4-cü siniflər üzrə tədris dili fənnindən 2 mətni əhatə edən ümumilikdə 27 tapşırıq tərtib ediləcək. Bunlardan 2-si açıq yazılı tapşırıq olacaq (hər mətndən 1 açıq tapşırıq olmaqla), həmçinin şagirdlərin sözləri tanıma bacarıqlarının ölçülməsini hədəfləyən 3 ədəd şəkiləsaslı tapşırıq veriləcək. Riyaziyyat fənni üzrə isə ümumilikdə 5 açıq tapşırıq nəzərdə tutulur, bunlardan 3-ü həlli tələb olunmayan, 2-si isə həlli tələb olunan açıq tapşırıq olacaq.

6-cı siniflər üzrə tədris dili fənnindən 5 mətni əhatə edən ümumilikdə 25 tapşırıq tərtib ediləcək. Bunlardan 2-si açıq yazılı tapşırıq olacaq (seçilmiş 2 mətndən hər birində 1 açıq tapşırıq olmaqla), riyaziyyat fənni üzrə sualların strukturu isə 4-cü siniflərdə olduğu kimidir: 3-ü həlli tələb olunmayan, 2-si isə həlli tələb olunan açıq tapşırıq veriləcək.

4-cü və 6-cı siniflər üzrə monitorinq qiymətləndirmə çərçivə sənədi ilə buradan tanış ola bilərsiniz.

media-ads_728_90
Paylaş