Tom Kruz “Oskar” mükafatı aldı - FOTO

media-ads_728_90

Tanınmış aktyor Tom Kruz kino sənətinə verdiyi töhfələrə görə, fəxri “Oskar” mükafatına layiq görülüb.

“TV1” xəbər verir ki, “The Hollywood Reporter”in məlumatına görə, o, səhnəyə “Mission: Impossible” filminin musiqisinin sədaları altında çıxıb.

T.Kruz bildirib: “Kinonun qorunması və dəstəklənməsi üçün əlimdən gələni edəcəyəm. Ümid edirəm, əlavə sınıqlar olmadan”.

Məşhur aktyorla yanaşı, fəxri mükafatları tərtibatçı-rəssam Uinn Tomas, həmçinin aktyor, prodüser və xoreoqraf Debbi Allen də alıblar.

Qeyd edək ki, T.Kruz 45 illik kino karyerası ərzində ilk dəfə olaraq “Oskar” mükafatına layiq görülüb. Daha əvvəl o, 3 dəfə mükafata namizəd olsa da, onu qazana bilməyib.

media-ads_728_90
Paylaş